reklam
» » Bakıda qoca kişi binadan yıxılaraq öldü: - Pəncərəni qapı bilib...

reklam

Bakıda qoca kişi binadan yıxılaraq öldü: - Pəncərəni qapı bilib...

Bakıda ölüm hadisəsi baş verib.

"MediaPost" xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb. Belə ki, rayon sakini, 78 yaşlı Hüseynov Qorxmaz Qulu oğlu yaşadığı binanın 4-cü mərtəbəsindən yıxılaraq həyatını itirib.

Yaxınlarının bildirdiyinə görə, Q. Hüseynov qocalıqla bağlı ağıl kəmliyindən əziyyət çəkib. Ehtimal olunur ki, o, həyətə getmək istəyərkən səhvən pəncərədən yıxılaraq vəfat edib.

Faktla bağlı Nizami rayon Prokurorluğunda araşdırma aparılır.


Paylaş:


Müəllif : Tarix:
2-12-2020, 14:48
  


loading...
Загрузка...