reklam
» » Multimilyoner faciəli şəkildə öldü - FOTO

reklam

Multimilyoner faciəli şəkildə öldü - FOTO


Argentinanın Koronel-Moldes vilayətində helikopter qəzası olub.

TASS xəbər verir ki, qəza nəticəsində ölkənin nəhəng maliyyə qurumlarından olan “Banco Marco” bankının prezidenti, iş adamı Xorxe Brito ölüb.

Xorxe Brito 360 milyon dollar sərvəti ilə Argentinanın varlı şəxslərinin ilk 50-liyinə daxil idi.

Hadisə yerinə xilasedicilər cəlb edilib. Məlumatlara görə, AS-50 helikopteri kiçik çaya düşüb.

Qəzanın səbəbləri məlum deyil.




Paylaş:


Müəllif : Tarix:
21-11-2020, 09:37
  


loading...
Загрузка...