reklam
» » Paşinyana qarşı daha bir sui-qəsd hazırlanıb: siyasi fiqurlar arasında həbslər başladı

reklam

Paşinyana qarşı daha bir sui-qəsd hazırlanıb: siyasi fiqurlar arasında həbslər başladı


Ermənistanda Baş nazir Nikol Paşinyana qarşı siyasi rəqibləri tərəfindən sui-qəsd cəhdinin qarşısı alınıb.
“RİA Novosti” agentliyi məlumat verir ki, bu barədə Ermənistanın Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.
Xüsusi xidmət orqanlarının yaydığı məlumatda qeyd olunur ki, Sünik bölgəsinin sakini hökumət əleyhinə müxtəlif əks fikirlərə sahib olub, baş nazirin xarici və daxili siyasəti ilə razılaşmaylb.
Bu şəxsin öz evində çox sayda silah-sursat və partlayıcı maddə saxladığı deyilir.
Bildirilir ki, həmin şəxs Ermənistanda iqtidar əleyhinə mövqeyi ilə seçilən və onların tərəfdarları olan şəxslərlə birgə hökumət başçısını öldürərək hakimiyyəti ələ keçirmək niyyətində olublar.
Qeyd edək ki, bundan bir qədər əvvəl Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin sabiq rəisi və müxalif “Vətən” partiyasının lideri Artur Vanetsyan, parlamentin keçmiş deputatı və Ermənistan Respublika Partiyası fraksiyasının keçmiş rəhbəri Vaqram Baqdasaryan və bir neçə digər şəxs hökumət başçısına qarşı sui-qəsd hazırlamaqda və dövlət çevrilişinə cəhddə şübhəli bilinərək saxlanılıblar.


Paylaş:


Müəllif : Tarix:
14-11-2020, 23:53
  


loading...
Загрузка...