reklam
» » Göyçayda iki avtomobil toqquşdu: Dörd nəfər xəsarət aldı

reklam

Göyçayda iki avtomobil toqquşdu: Dörd nəfər xəsarət aldı


Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saat 9:00 radələrində Göyçay-Bərgüşad-Ucar avtomobil yolunun Kürdəmiş kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
“VAZ 2106” və “NAZ Lifan” markalı minik avtomobillərinin toqquşması nəticəsində dörd nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardım avtomobili ilə Göyçay Mərkəzi Rayon Xəstəxanasına aparılıblar. Xəsarət alan şəxslərin adları hələ ki, bilinmir.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.



Paylaş:


Müəllif : Tarix:
11-11-2020, 10:22
  


loading...
Загрузка...