reklam
» » Azərbaycan Rusiya helikopterinin vurulması ilə əlaqədar üzr istədi - RƏSMİ

reklam

Azərbaycan Rusiya helikopterinin vurulması ilə əlaqədar üzr istədi - RƏSMİ


Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Rusiya Federasiyası Müdafiə Nazirliyindən əldə etdiyi məlumata görə, bu ilin 9 noyabr tarixində saat 18: 30-da Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan hissəsində Rusiya Federasiyasının Mi-24 hərbi helikopteri vurulub.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. 
Azərbaycan tərəfi təsadüfi xarakter daşıyan və Rusiya tərəfinə qarşı yönəlməyən bu faciəli hadisə ilə əlaqədar Rusiya tərəfindən üzr istəyir.
Azərbaycan tərəfi həlak olan ekipaj üzvlərinin ailələrinə səmimi qəlbdən başsağlığı verir və xəsarət alanların tezliklə sağalmalarını arzu edir.
Azərbaycan tərəfi müvafiq kompensasiya ödəməyə hazır olduğunu bəyan edir.


Paylaş:


Müəllif : Tarix:
9-11-2020, 21:38
  


loading...
Загрузка...