reklam
» » ABŞ-da seks-sekta liderinə inanılmaz cəza verildi

reklam

ABŞ-da seks-sekta liderinə inanılmaz cəza verildi


Nyu York məhkəməsi NXIVM ("Neksium") adlı seks sektasının lideri Kit Ranyeni 120 il həbs və 1.75 milyon dollar pul cəzasına məhkum edib.

Məhkəmə sənədlərinə görə, Ranye öz sektasını fərdi inkişaf şirkəti kimi təqdim edib, Hollivud və iş dünyasında məşhurlaşıb.

İstintaq Ranyenin cinsi köləyə çevrilmiş qadınlardan özü üçün bir hərəmxana yaratdığını təsbit edib. İddiaya görə, qadınların bədəninə Ranyenin baş hərfləri damğalanıb, onlar aclıq pəhrizində saxlanılıb, pulları əllərindən alınıb. Bundan əlavə, qurbanlar gələcəkdə təşkilatdan ayrılmaq istərlərsə, onlara qarşı istifadə edilmək üçün əldə şantajedici fotoşəkillər və məlumatlar saxlanılıb. 15 qurban Ranyeyə qarşı ifadə verdi.

Bununla belə, qeyd olunur ki, 50-dən çox şəxs NXIVM şirkətinin təlimlərinin onların həyatlarının yaxşılaşmasına kömək etdiyini bildirərək məhkəməyə cavabdehə mülayim davranması üçün xahiş məktublarıyla müraciət edib. Məhkəmə zamanı Ranye özü günahsız olduğunu bildirib.

Qeyd edək ki, bundan əvvəl seks kultu üstündə milyarder Kler Bronfmanın qızı məhkum edilib, bir neçə nəfər də günahlarını etiraf edib.


Paylaş:


Müəllif : Tarix:
28-10-2020, 14:14
  


loading...
Загрузка...