reklam
» » Bir ailənin 3 üzvü göbələkdən zəhərlənib - RƏSMİ

reklam

Bir ailənin 3 üzvü göbələkdən zəhərlənib - RƏSMİ


“Oktyabrın 1-dən bugünədək Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 6 nəfər dərman zəhərlənməsi ilə bağlı müraciət edib”.

Bu sözləri açıqlamasında həmin şöbənin müdiri, Səhiyyə Nazirliyinin baş toksikoloqu Azər Maqsudov deyib. O bildirib ki, zəhərlənənlər arasında ölüm halı baş verməyib:

“Eyni zamanda bu ay 2 nəfər sirkə turşusundan, 5 nəfər isə göbələkdən zəhərlənib. Göbələkdən zəhərlənənlərin 3-ü bir ailədən olub. Onların zəhərlənməsinə səbəb isə meşədən zəhərli göbələyi yığıb, bişirib yemələri olub”.

A.Maqsudov qeyd edib ki, zəhərlənənlər arasında ölüm halı baş verməyib:

“Hazırda şöbədə 2 nəfər zəhərlənmə ilə əlaqədar qalmaqdadır. Digərlərinin isə vəziyyətləri yaxşılaşıb və evə buraxılıblar”.


Paylaş:


Müəllif : Tarix:
28-10-2020, 12:35
  


loading...
Загрузка...