reklam
» » Şamaxı sakini həmyerlisini öldürüb

reklam

Şamaxı sakini həmyerlisini öldürüb


Şamaxı sakini həmyerlisini qətlə yetirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 24-də şəhər sakini Samir Əhmədovun bıçaq xəsarəti ilə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla bu cinayət əməlinin şəhər sakini X.Əliyev tərəfindən münaqişə zəminində törədilməsi müəyyən edilib.

Təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində X.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə cinayət işi başlanılıb.


Paylaş:


Müəllif : Tarix:
26-10-2020, 14:05
  


loading...
Загрузка...