reklam
» » Bakıda kimyəvi təmizləmə müəssisəsindən içində pul olan seyfi oğurladılar

reklam

Bakıda kimyəvi təmizləmə müəssisəsindən içində pul olan seyfi oğurladılar


Bakının Nəsimi rayonunda oğurluq törədilib.

Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Naməlum şəxslər Mirəli Qaşqay küçəsində yerləşən, 1960-cı il təvəllüdlü Həsən Məmmədova məxsus kimyəvi təmizləmə müəssisəsindən içində pul olan seyf oğurlayıblar.

Müəssisə sahibinin sözlərinə görə, həmin şəxslər qapını sındıraraq içəri giriblər.

Seyfdə təqribən 4000 manat pulun saxlanıldığı bildirilir.

Cinayət 20-ci polis bölməsinin əməkdaşları tərəfindən araşdırılır.


Paylaş:


Müəllif : Tarix:
26-09-2020, 18:33
  


loading...
Загрузка...