reklam
» » Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən artdı - 2 nəfər vəfat edib

reklam

Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən artdı - 2 nəfər vəfat edib


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 114 yeni yoluxma faktı qeydə alınıb, 138 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 38 517 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 35 998 nəfər müalicə olunaraq sağalıb, 566 nəfər vəfat edib, aktiv xəstə sayı 1 953 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 921, bu günə qədər isə ümumilikdə 1 020 029 test icra olunub.


Paylaş:


Müəllif : Tarix:
15-09-2020, 16:45
  


loading...
Загрузка...