reklam
» » BAKIDA POLİS OĞRUNU GÜLLƏLƏDİ - Cinayətkar ona bıçaq zərbəsi endirib...

reklam

BAKIDA POLİS OĞRUNU GÜLLƏLƏDİ - Cinayətkar ona bıçaq zərbəsi endirib...


Bakıda polisə soyuq silahla xəsarət yetirilib. “Report”un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.
Belə ki, polis əməkdaşı oğurluq edən şəxsi yaxalayan zaman cinayətkar ona bıçaq zərbəsi endirib. Nəticədə polis həyatını qorumaq və oğurluq edən şəxsin ərazidən qaçmasının qarşısını almaq üçün öncə havaya, daha sonra ona atəş açıb.
Ayağından güllə yarası alan 1994-cü il təvəllüdlü Elşad Əsədov və hüquq mühafizə orqanın əməkdaşı 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar.
Hazırda hər iki şəxs həkim nəzarətinə götürülüb. Faktla bağlı araşdırma aparılır.


Paylaş:


Müəllif : Tarix:
9-08-2020, 10:08
  


loading...
Загрузка...