reklam
» » Bakıda sürücü qarşısına çıxan heyvana siqnal verdiyi üçün sərnişini ilə birlikdə küt alətlə döyüldü

reklam

Bakıda sürücü qarşısına çıxan heyvana siqnal verdiyi üçün sərnişini ilə birlikdə küt alətlə döyüldü


Bakının Xəzər rayonunda iki nəfər döyülüb.

Hadisə Albalılıq qəsəbəsində baş verib.

Belə ki, 2002-ci il təvəllüdlü Mirzəyev Əziz Şaiq oğlu idarə etdiyi avtomobillə küçədə qarşısına çıxan iribuynuzlu heyvana səs siqnalı verib.

Bundan hiddətlənən heyvan sahibi sürücü Ə.Mirzəyevi və onun avtomobildə olan qardaşı, 1999-cu il təvəllüdlü Mirzəyev Mahmud Şaiq oğlunu döyüb, onlara küt alətlə zərbə endirib.

Yaralılar 3 nömrəli Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.


Paylaş:


Müəllif : Tarix:
4-08-2020, 09:31
  


loading...
Загрузка...