reklam
» » Düşmən atəşkəsi yenidən pozdu, mərmilərdən biri kənd sakininin həyətinə düşdü

reklam

Düşmən atəşkəsi yenidən pozdu, mərmilərdən biri kənd sakininin həyətinə düşdü


Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində minaatan və iriçaplı silahlardan istifadə etməklə bu gecə atəşkəs rejimini yenidən pozub.

“Report”un bölgə müxbiri xəbər verir ki, hazırda düşmən ordusu iriçaplı silahlardan, eləcə də artilleriya qurğularından Tovuz rayonunun Ağdam və Dondar Quşçu kəndini atəşə tutur.

Qeyd olunub ki, düşmən ordusu tərəfindən atılan mərmilərdən biri Tovuz rayonunun Dondar Quşçu kəndi ərazisində yerləşən evin həyətinə düşüb. Hazırda atışma davam edir.

Düşmənin bu təxribatına qarşı qoşunlarımız tərəfindən daha sərt cavab tədbirləri görülür.

Qeyd edək ki, iyulun 12-dən başlayaraq ermənilər Tovuz istiqamətində atəşkəsi pozmaqda davam edir.


Paylaş:


Müəllif : Tarix:
16-07-2020, 09:13
  


loading...
Загрузка...