reklam
» » Bakıda kriminal avtoriteti öldürən şəxs həbs edildi - Prokurorluq məlumat yaydı

reklam

Bakıda kriminal avtoriteti öldürən şəxs həbs edildi - Prokurorluq məlumat yaydı



Xəbər verildiyi kimi, iyulun 2-də saat 23 radələrində paytaxtın Suraxanı rayon sakini 1979-cu il təvəllüdlü Mail Mustafayevin öldürülməsi ilə əlaqədar Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır. Regionxeberleri.com bildirir ki,bu barədə DİA.AZ-a Suraxanı rayon prokurorluğundan verilən məlumatda deyilir.

Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş zəruri istintaq hərəkətləri və təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin zərərçəkmişin tanışı 1989-cu il təvəllüdlü Aslan Sadıqov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Suraxanı rayon prokurorluğundan dia.az-a verilən xəbərdə qeyd olunur ki, Aslan Sadıqov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuş və Suraxanı rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkən tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.


Paylaş:


Müəllif : Tarix:
15-07-2020, 17:39
  


loading...
Загрузка...