reklam
» » Şəmkirdə mikroavtobus aşdı, xeyli sayda yaralı var - Yenilənib

reklam

Şəmkirdə mikroavtobus aşdı, xeyli sayda yaralı var - Yenilənib

Şəmkirdə "Mercedes" markalı mikroavtobus aşıb.

Ağstafaya gedən mikroavtobusun idarəetmədən çıxaraq aşması nəticəsində bir neçə nəfər xəsarət alıb.

Yaralılardan 3-ü - Qazax rayon sakini, 20 yaşlı Zeynəb Yolçuyeva, Tovuz rayon sakini, 30 yaşlı Xaliq Ələsgərov və daha bir nəfər xəsarətlə xəstəxanaya aparılıb. Daha bir neçə nəfərə isə yerindəcə ambulator yardım göstərilib.

Qeyd edək ki, qəzaya düşən mikroavtobusda olanların işdən qayıtdıqları bildirilir.

Hadisənin başvermə səbəbləri araşdırılır. /Report

***

Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun İrmaşlı kəndi yaxınlığında qeydə alınıb.

Mikroavtobusun aşması nəticəsində xeyli sayda xəsarət alanların olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları və təcilli tibbi yardım briqadası cəlb olunub. /APA


Paylaş:


Müəllif : Tarix:
11-07-2020, 22:24
  


loading...
Загрузка...