reklam
» » "Xalq qəzeti"nin əməkdaşı koronavirusa yoluxub - evdə müalicə olunur

reklam

"Xalq qəzeti"nin əməkdaşı koronavirusa yoluxub - evdə müalicə olunur


"Xalq" qəzetinin redaksiyasında da koronavirusa yoluxma halı aşkarlanıb.

Regionxeberleri.com Dominant.az-a istinadən xəbər verir ki, qəzetin Humanitar şöbəsinin əməkdaşı İlham Abbasov COVID-19-a yoluxub.

İ.Abbasovun yaşının xəstəlik üçün təhlükəli risk qrupuna aid olmasına baxmayaraq, onun evdə müalicə olunduğu bildirilir.

Qəzetinin işini itirmək təhlükəsi ilə üzləşə biləcəyindən ehtiyat edən əməkdaşının sözlərinə görə, baş redaktor Həsən Həsənov ciddi cəhdlə bu xəbərin mediada yayılmasını qarşısını almağa çalışır.

O, iddia edir ki, krantin rejiminin sərtləşdirilməsinə baxmayaraq, redaksiya heyəti tam tərkibdə işə çıxıb, hər kəs bir-biri ilə ünsiyyətdə olub. Və iş yoldaşlarının koronavirusa yoluxmasına baxmayaraq, digər işçilərdən test nümunələri götürülməyib. Baş redaktor, sadəcə redaksiyanı yüngülvari dezinfeksiya etdirməklə kifayətlənib.

Qeyd edək ki, indiyə qədər həm telekanal, həm mətbuat, həm də onlayn mediada çalışan onlarla jurnalist koronavirusa yoluxub. Təəssüflər olsun ki, onlar arasında həyatını itirənlər də var.


Paylaş:


Müəllif : Tarix:
11-07-2020, 11:10
  


loading...
Загрузка...