reklam
» » Bakıda “Sobsan“ boya zavodunda güclü yanğın başladı

reklam

Bakıda “Sobsan“ boya zavodunda güclü yanğın başladı


Bakının 7-ci mikrorayon ərazisində Sobsan boya fabrikinə məxsus sexdə yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən daxil olan məlumata görə, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonunda “Sobsan” boya fabrikinin ərazisində yanğın olması barədə məlumat daxil olub.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Məlumata görə, hadisə yerinə FHN-nin 30-dan çox yanğınsöndürən maşını cəlb edilib və işçilər təxliyə edilib.

Hadisə şahidlərinin sözlərinə görə, yanğın FHN-nin yanğınsöndürən maşnına keçib.

Əlavə məlumat veriləcək.

 

 




 





 




Paylaş:


Müəllif : Tarix:
4-07-2020, 21:27
  


loading...
Загрузка...