reklam
» » Azərbaycanlı professorun qızı koronavirusa yoluxdu — Sosial şəbəkələrdə təhqir olundu

reklam

Azərbaycanlı professorun qızı koronavirusa yoluxdu — Sosial şəbəkələrdə təhqir olundu

Filologiya elmləri doktoru, professor Nizaməddin Şəmzizadənin qızı Ayfər Nizaməddinqızı koronavirusa yoluxub. Hazırda o, ev şəraitində müalicəsini davam etdirir. Özünün də bildirdiyinə görə, xəstəliyi yüngül simptomlarla keçirir və özünü yaxşı hiss edir. Lakin bu barədə sosial şəbəkələrdə paylaşılan xəbərlərə yazılan mənfi izləyici rəylərinə görə çox kədərləndiyini qeyd edib.
“Ölkə.Az”a açıqlamasında Ayfər Nizaməddinqızı insanların pis gününə sevinənlərə çox acıdığını deyib.

“Mən başa düşə bilmirəm insanlar bir-birinin pis gününə necə sevinə bilər. Sağ olsunlar, səhhətimlə maraqlananlar, mənim üçün narahat olan dostlarım var. Ölkənin olduğu hazırki vəziyyətdə bir-birimizə dəstək olmaq, bu amansız xəstəliyə qarşı birlikdə mübarizə aparmaq əvəzinə, bir-birimizin pis gününə sevinirik. Bu insanlığa yaraşmayan bir hərəkətdir”,- deyə o, bildirib.

Qeyd edək ki, Ayfər Nizaməddinqızının koronavirusa yoluxma xəbərləri sosial şəbəkələrdə paylaşdıqdan sonra bəzi izləyicilər tərəfindən “Sağ əli atasının başına”, “Bunlar qırılsalar yaxşıdır”, “Tezliklə, professor özü koronavirusa tutulsun” kimi təhqiredici şərhlər yazıblar.


Paylaş:


Müəllif : Tarix:
2-07-2020, 18:02
  


loading...
Загрузка...