reklam
» » Maskalı şəxslər evə basqın etdi - Azərbaycanda olay

reklam

Maskalı şəxslər evə basqın etdi - Azərbaycanda olay


Masallıda maskalı şəxslər mənzilə basqın edib.

Rayonun İsi kəndində yaşayan 1955-ci il təvəllüdlü Fəxrəddin Əhədov iyunun 29-da Masallı rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək həmin gün 03 radələrində yaşadığı evə maskada 3 nəfərin daxil olduğunu bildirib. Maskalı şəxslər ona hədə-qorxu gələrək xəsarətlər yetirməklə 1500 manat pulunu alaraq qaçıblar.

Faktla bağlı Masallı rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb. Hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Paylaş:


Müəllif : Tarix:
30-06-2020, 10:55
  


loading...
Загрузка...