reklam
» » Axtarışda olan gəncin meyiti tapıldı - Foto

reklam

Axtarışda olan gəncin meyiti tapıldı - Foto


Göyçay rayonunda köhnə tikilidən kişi meyiti tapılıb.
Göyçay şəhər sakini, 1992-ci il təvəllüdlü Musayev İslam Şərafət oğlunun ailə üzvləri onun 3 gün öncə itkin düşməsi barədə Göyçay Rayon Polis Şöbəsinə müraciət ediblər.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı şəhərin N.Nərimanov küçəsindəki köhnə tikilidən onun meyiti aşkar edilib.
İ.Musayevin yüksək dozada narkotik vasitə qəbulu səbəbindən dünyasını dəyişdiyi ehtimal olunur.
Mərhum Göyçay şəhərində bərbərlik fəaliyyəti ilə məşğul olurdu.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.  /APA





Paylaş:


Müəllif : Tarix:
5-06-2020, 22:30
  


loading...
Загрузка...