reklam
» » Masallı rayon prokuroru işdən çıxarılıb

reklam

Masallı rayon prokuroru işdən çıxarılıb


Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyevin imzaladığı əmrlə Masallı rayon prokuroru Allahverdi Novruzov “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq prokurorluqda qulluqda olmanın yaş həddinə çatdığına görə tutduğu vəzifədən azad olunmaqla prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilmişdir.

Eyni zamanda həmin əmrlə A.Novruzov prokurorluq orqanlarında səmərəli fəaliyyətinə görə “Azərbaycan Prokururorluğunun Fəxri Fərmanı” ilə təltif edilmişdir.


Paylaş:


Müəllif : Tarix:
2-06-2020, 16:07
  


loading...
Загрузка...