reklam
» » Masallıda avtomobil kanala aşdı, sürücü öldü

reklam

Masallıda avtomobil kanala aşdı, sürücü öldü


Masallıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) “Report”a bildirilib ki, rayonun Ərçivan kəndində LADA markalı minik avtomobili yol kənarındakı su kanalına aşıb.

Hadisə yerinə cəlb olunan Cənub Regional Mərkəzinin xilasediciləri avtomobilin sürücüsü, 1988-ci il təvəllüdlü Kərimov Müşviq Nəsir oğlunun meyitini su kanalından çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


Paylaş:


Müəllif : Tarix:
2-06-2020, 09:20
  


loading...
Загрузка...