reklam
» » İranlı narkotacirlər azərbaycanlı biznesmeni necə tələyə saldılar? — Şok faktlar

reklam

İranlı narkotacirlər azərbaycanlı biznesmeni necə tələyə saldılar? — Şok faktlar


İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan 1976-cı il təvəllüdlü Aqşin Bədəlovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Aqşin Bədəlov İran İslam Respublikasının ərazisində yaşayan şəxsiyyəti məlum olmayan Vahid adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olub, bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və külli miqdarda psixotrop maddə metamfetaminin əldə edilməsi, saxlanması və daşınması ilə bağlı razılığa gəliblər.

Bundan sonra Vahid adlı şəxs müəyyən edilməmiş vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi külli miqdarda, yəni üç ədəd sellofan bükümdə ayrı-ayrılıqla təmiz çəkiləri 2260,0 qram, 2955,0 qram və 3005,0 qram olmaqla ümumi təmiz çəkisi – 8220,0 qram olan narkotik vasitə tiryəki, külli miqdarda, yəni bir ədəd sellofan bükümdə təmiz çəkisi 130,41 qram olan narkotik vasitə həşiş qətranını, külli miqdarda, yəni bir ədəd sellofan bükümdə təmiz çəkisi 230,551 qram olan psixotrop maddə metamfetamini bir ədəd torbanın içərisində müəyyən edilməmiş vaxtda və müəyyən edilməmiş şəxslər vasitəsilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirib, İran İslam Respublikasından Azərbaycan Respublikasına daşıtdıraraq Biləsuvar rayonu Yuxarı Ağalı kəndi ərazisində işıq dirəyinin altında gizlədilib.

Daha sonra sonra Aqşin Bədəlov 3 may 2019-cu il tarixdə saat 00.40 radələrində həmin ərazidən içərisində külli miqdarda narkotik vasitələr və külli miqdarda psixotrop maddə olan müvafiq torbanı satış məqsədi ilə qanunsuz olaraq əldə edib.

Bu zaman Biləsuvar rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı o, həbs edilib və həmin şöbənin inzibati binasına gətirilib.

İstintaq orqanı tərəfindən Aqşin Bədəlovun barəsində Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci (iştirakçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq), 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 234.4.3-cü (külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham elan olunub.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Aqşin Bədəlov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, qeyd edib ki, 2014-cü ildə İranın Məşhəd şəhərinə ziyarətə gedərkən orada yaşayan və avtobus sürücüsü işləyən Vahid adlı şəxslə tanış olub: “Azərbaycan Respublikasına gəldikdən sonra mütəmadi olaraq “WhatsApp” proqramı vasitəsi Vahidlə əlaqə saxladım. Mən avtomobil təmiri ilə məşğul olmuşam, həmçinin kartof alveri ilə də məşğul olmuşam. Kartofu İiran İslam Respublikasından gətirməyi qərara aldım. Bu məqsədlə Vahidlə danışdım. Vahid bu işlə əlaqədar məni İrana dəvət etdi. Mən də bu işlə əlaqədar İrana getdim. Vahid məni kartof işiylə məşğul olan şəxslərlə tanış etdi. Həmin şəxslər ilkin olaraq məndən 5 min manat istədilər. Vahid bildirdi ki, pulu hələ onlara verməsin, onda saxlasın, malı gələndən sonra pulu onlara verərlər. Mən də pulu Vahidə verdim, Azərbaycana qayıtdım”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, bir neçə gün keçməyinə baxmayaraq onun malı gəlməyib: “Malım gəlmədiyindən bunu araşdırmaq üçün İrana getdim. Vahidi axtarsam da, tapa bilmədim. Vahidin atası mənə vəd verdi ki, Vahiddən pulu alıb, verəcəkdir. Sonradan Vahid mənə zəng edərək üzr istədi, pulu maşının kreditinə verdiyini bildirdi və məndən 1 ay möhlət istədi. Mən də əlacsızlıqdan razılaşdım və Azərbaycana qayıtdım. Lakin 1 ay keçməsinə baxmayaraq Vahid mənim pulumu qaytarmadı. Vahid məndən əlavə yənə də vaxt istədi, mən də razılıq verdim”.

Aqşin Bədəlovun ifadəsinə görə, nəhayət 1 may 2019-cu il tarixdə Vahid ona zəng edərək pulunun hazır olduğunu bildirib, pulu ona Biləsuvar rayonunda bir nəfər verəcəyini deyib: “Mən də taksi tutaraq Biləsuvar rayonuna getdim. Biləsuvar rayonuna çatanda Vahidə zəng edərək çatdığımı bildirdim. Vahid mənə Yuxarı Ağalı kəndinin döngəsinə getməyimi söylədi. Mən də taksi ilə həmin yerə getdim. Həmin yerə çatanda heç kəsi görmədim. Vahidə zəng edərək heç kəsin olmadığını bildirdim. Vahid isə bir azdan pulu verəcək adamın gələcəyini bildirdi. 200 metr məsafədə olan döngəyə doğru getdim. Orada bir nəfərin dayandığını gördüm. Həmin şəxsə salam verdim. Həmin şəxs də mənim salamımı aldı, məni maşına dəvət etdi. Mən də maşına tərəf getdim. Bu vaxt maşından 2 nəfərdə çıxdı. Mənim qollarımı qandalladılar. Polis əməkdaşları mənim yanına bir ədəd böyük bağlama qoyaraq, içərisində külli miqdarda narkotik vasitələr olduğunu dedilər. Qeyd olunan bağlamanın mənə məxsus olmamasını polis əməkdaşlarının nəzərinə çatdırsam da, sonuncular sərbəst buraxılmam üçün məndən əlli min manat pul tələb etdilər, əks halda həmin bağlamada olan narkotik və psixotrop maddələri mənə “yükləyəcəklərini” dedilər. Pulum olmadığını bildirdikdən sonra polis əməkdaşları məni xidməti avtomobilləri ilə Biləsuvar rayon polis şöbəsinə gətirdilər. Polis şöbəsinin inzibati binasınd polis əməkdaşları içərisində narkotik vasitələr olan bağlamının özümə məxsus olduğunu etiraf etməyəcəyim təqdirdə, məni həmin yerə gətirən taksi sürücüsünü müəyyən edib, narkotik vasitələriona “aformut” edəcəklərini qeyd etdilər. Belə olan halda məcburiyyət qarşısında qalaraq polis əməkdaşlarının qanunsuz hərətəktəri barədə şikayət etməyərək, müvafiq bağlamanın mənə göndərildiyini etiraf etdim”.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aqşin Bədəlov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Aqşin Bədəlov apelyasiya şikayəti verib. O, barəsində olan hökmün ləğv edilməsini, ona bəraət verilməsini istəyib.

Aqşin Bədəlovun şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.

Hakim Ələsgər Novruzovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan olunub.

Qərara görə, Aqşin Bədəlovun apelyasiya şikayəti təmin olunmayıb.


Paylaş:


Müəllif : Tarix:
28-05-2020, 11:42
  


loading...
Загрузка...