reklam
» » Oğuzdakı dəhşətli hadisə ilə bağlı RƏSMİ MƏLUMAT

reklam

Oğuzdakı dəhşətli hadisə ilə bağlı RƏSMİ MƏLUMAT


Mayın 21-də itkin düşmüş Oğuz rayonu Xaçmaz kənd sakini, 2007-cı il təvəllüdlü Cəbrayıl Məmmədlinin tapılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələrinin, prokurorluq və polis işçilərinin, eləcə də digər aidiyyəti qurumların əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində C.Məmmədlinin meyiti mayın 22-də saat 09 radələrində yaşadığı evdən təxminən 2 kilometr aralı meşəlik ərazidən keçən çayda aşkar edilmişdir. Regionxeberleri.com bildirir ki, bu barədə DİA.AZ-a göndərilən Oğuz rayon prokurorluğu və Polis Şöbəsinin birgə məlumatında deyilir.

Dərhal prokurorluq və polis işçiləri tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, məhkəmə-tibb ekspertizası təyin olunmuş, şahidlərin izahatları alınmışdır.

C.Məmmədlinin meyitinə baxış zamanı meyitin baş nahiyəsində xəsarətlər aşkar edilmişdir.

Məhkəmə-tibbi ekspertinin ilkin məlumatına görə C.Məmmədlinin baş nahiyəsində aşkar edilmiş xəsarətlər vəhşi heyvanın (ayının) pəncəsinin zərbəsinin təsiri nəticəsində yaranmağa xarakterikdir.

Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


Paylaş:


Müəllif : Tarix:
22-05-2020, 18:34
  


loading...
Загрузка...