reklam
» » Beyləqanda avtomobillər toqquşub, ölən var

reklam

Beyləqanda avtomobillər toqquşub, ölən var


Beyləqan rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Regionxeberleri.com-un “Report”a istinadən xəbərinə görə, hadisə mayın 21-i saat 11:30 radələrində rayonun Mil qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, 1952-ci il təvəllüdlü Fəxrəddin Əsədovun idarə etdiyi “VAZ-2106” markalı avtomobil Elşən Əlizadənin idarə etdiyi “VAZ-21154” markalı avtomobillə toqquşub.

Nəticədə “VAZ-2106” markalı avtomobilin sürücüsü F.Əsədov, onun sərnişini - qızı Günel Əsədova, “VAZ-21154” markalı avtomobilin sərnişini Gülşən Əlizadə ağır bədən xəsarətləri ilə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. F.Əsədov həmin gün saat 16 radələrində xəstəxanada ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinaytət işi başlanılıb.


Paylaş:


Müəllif : Tarix:
22-05-2020, 11:11
  


loading...
Загрузка...