reklam
» » 8 gün əvvəl qəzaya düşən şəxs xəstəxanada öldü

reklam

8 gün əvvəl qəzaya düşən şəxs xəstəxanada öldü


Martın 29-da saat axşam saatlarında Sabunçu rayonundakı Şuşa şəhərciyində, “Pətək” marketin qarşısında 28 yaşlı Göygöl rayon sakini Əmirov Yəhya Zakir oğlu idarə etdiyi “BMW-530” markalı maşın Naxçıvan Muxtar Respublikası Babək rayon sakini 44 yaşlı Budaqov Adil Səməd oğluna məxsus “Opel Astra” markalı avtomobillə toqquşub.

Regionxeberleri.com-un Lent.az-a istinadən məlumatına görə, nəticədə “Opel Astra”nın sərnişini, A.Budaqovun qaynı 57 yaşlı Ağayev Elcavan Məcid oğlu xəsarət alaraq 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Ancaq o, aprelin 5-də saat 12 radələrində orada ölüb.

Fatkla bağlı Sabunçu rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsilə cinayət işi başlanıb.


Paylaş:


Müəllif : Tarix:
6-04-2020, 12:14
  


loading...
Загрузка...