reklam
» » Ağcabədidə 40 yaşlı kişini toyda öldürdülər — MƏHKƏMƏ

reklam

Ağcabədidə 40 yaşlı kişini toyda öldürdülər — MƏHKƏMƏ


Ağcabədi rayonunda həmyerlisini bıçaqlayaraq qətlə yetirməkdə təqsirli bilinib məhkum olunan Qurbanzadə Qurban Azər oğlu Ali Məhkəməyə müraciət edib.
"Ölkə.Az" xəbər verir ki, onun müraciətinə hakim Hafiz Nəsibovun sədrliyi ilə baxılacaq.

İş üzrə məhkəmə baxış iclası aprelin 22-nə təyin olunub.

Qeyd edək ki, hadisə 2018-ci ilin sentyabr ayında rayonun H.Aslanov küçəsindəki "Qızıl Saray" şadlıq evində keçirilən toy məclisində baş verib.
Ağcabədi şəhər sakini, 1990-cı il təvəllüdlü Qurbanzadə Qurban Azər oğlu toyda şəxsi münasibətlər zəminində həmyerlisi, 1978-ci il təvəllüdlü Sadıqov Zaur Məzahir oğlu ilə mübahisə edib. Mübahisə zamanı Q.Qurbanzadə üzərində gəzdirdiyi bıçaqla Z.Sadıqova çoxsaylı xəsarətlər yetirərək hadisə yerindən qaçıb.

Z.Sadıqov toy iştirakçıları tərəfindən xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Q.Qurbanzadə polis əməkdaşları tərəfindən saxlanılıb.


Paylaş:


Müəllif : Tarix:
31-03-2020, 17:48
  


loading...
Загрузка...