reklam
» » Qadına qarşı daha bir şiddət: - ər arvadına 4 bıçaq vurdu

reklam

Qadına qarşı daha bir şiddət: - ər arvadına 4 bıçaq vurdu


Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report” un Qarabağ mərkəzinin verdiyi məlumata görə, hadisə şəhərin Füzuli küçəsində qeydə alınıb.

Rayon sakini, 39 yaşlı Vüqar Zeynalov həyat yoldaşı, 37 yaşlı Aytən Zeynalovanı bıçaqlayıb.

Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən qadına dörd bıçaq vurulduğu məlum olub. Hazırda vəziyyəti orta - ağırdır.

Hadisəni törədən V. Zeynalov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.


Paylaş:


Müəllif : Tarix:
28-02-2020, 09:18
  


loading...
Загрузка...