reklam
» » Şirvanda kişi həyat yoldaşının boğazını kəsərək qətlə yetirib - VİDEO

reklam

Şirvanda kişi həyat yoldaşının boğazını kəsərək qətlə yetirib - VİDEO


Şirvan şəhərində kişi həyat yoldaşını qətlə yetirib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhəri ərazisində yerləşən Sənaye zonasında baş verib.

Şirvan şəhərində məskunlaşan Ağdam rayon sakini, 1984-cü il təvəllüdlü Nağıyev Sahib İdris oğlu ailə-məişət münaqişəsi zəminində həyat yoldaşı – Zəngilan rayon sakini, 1986-cı il təvəllüdlü Nağıyeva Pərvanə Vaqif qızını yaşadıqları mənzilin yataq otağında qətlə yetirib. O, çarpayıda yatdığı halda həyat yoldaşının boğaz nahiyəsinə xəsarət yetirərək damarını kəsib. Çoxlu qan itirən P.Nağıyeva hadisə yerində keçinib.

Qadının meyiti müayinə olunması üçün məhkəmə tibb ekspertizasına yerləşdirilib. Sahib Nağıyev isə qətli törətdikdən sonra könüllü olaraq polisə təslim olub.

Qeyd edək ki, R.Nağıyeva 2 uşaq anası olub. Qətlin hansı səbəbdən baş verdiyi aydınlaşdırılır.

Faktla bağlı Şirvan Şəhər Prokurorluğu tərəfindən cinayət işi başlanılıb, istintaq araşdırmaları aparılır.



Paylaş:


Müəllif : Tarix:
27-02-2020, 09:10
  


loading...
Загрузка...