reklam
» » «20-yə yaxın mağaza yanıb, hərəsində - 1-2 MİLYONLUQ PARÇA VARDI»

reklam

«20-yə yaxın mağaza yanıb, hərəsində - 1-2 MİLYONLUQ PARÇA VARDI»


«Sədərək» Ticarət Mərkəzində baş verən yanğının bəzi təfərruatları məlum olub.

Regionxeberleri.com-un FED.aza istinadən məlumatına görə, yanğın əsasən ticarət mərkəzinin «Paltar bazarı» adlanan hissəsinin parçaların satışı aparılan «Parça sırası»nda - 8-ci sırada baş verib. Hadisə şahidləri FED.az-a bildirib ki, təqribən 20 mağazanı əhatə edən yanğın nəticəsində böyük həcmdə zərər dəyib: «20-yə yaxın mağaza yanıb, hərəsində bir neçə yüz mindən bir neçə milyon manata yaxın məbləğində satlıq mal olub».

Qeyd edək ki, yanğın səhər saatlarında başlayıb, saat 9-10-a olan məlumata görə, yanğın məhdudlaşdırılıb. Yanğınsöndürənlərin Ticarət Mərkəzinə daxil olmasında çətiniliklər olub, yanğının başqa sahələrə keçməsinin qarşısını almaq üçün bəzi yerlərdə mərkəzin damı sökülüb.


Paylaş:


Müəllif : Tarix:
18-02-2020, 10:34
  


loading...
Загрузка...