reklam
» » Ağdaşda xaş yeyən 19 yaşlı gəlin zəhərləndi

reklam

Ağdaşda xaş yeyən 19 yaşlı gəlin zəhərləndi


Ağdaşda qadın xaş yeməyindən zəhərlənib.

Regionxeberleri.com-un Trend-ə istinadən məlumatına görə, hadisə rayonun Yuxarı Ləki kəndində baş verib. Kənd sakini, 2001-ci il təvəllüdlü, ailəli Səmədova Aygün Mehman qızı gecə saat 23 radələrində evlərində xaş yeməyi yeyib. Yeməkdən dərhal sonra A. Səmədovanın halı pisləşib və o Ağdaş rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanada qadına zəhərlənmə diaqnozu qoyulub və o təcili Bakıya gətirilib.

Faktla bağlı araşdırma aparılır.


Paylaş:


Müəllif : Tarix:
18-02-2020, 09:33
  


loading...
Загрузка...