reklam
» » Bakıda kişi arvadının burnuna xəsarət yetirdi

reklam

Bakıda kişi arvadının burnuna xəsarət yetirdi


Bakıda ər arvadına avtomobildə xəsarət yetirib.

Regionxeberleri.com-un “Report”a istinadən xəbərinə görə, hadisə fevralın 12-də, saat 08:30 radələrində, paytaxtın Binəqədi rayon, “Azadlıq” prospekti ərazsində qeydə alınıb.

Belə ki, 1978-ci il təvəllüdlü F.İsmayılov “Nissan” markalı avtomobildə mübahisə zəminində həyat yoldaşının burnuna bıçaqla xəsarət yetirib.

Daha sonra qadın hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış nəticəsində F.İsmayılov saxlanılıb.

Onun üzərinə baxış keçirilən zaman 0,208 qram heroin, 2 ədəd metadon və 1 ədəd tramadol aşkar edilərək götürülüb.

F.İsmayılovun həyat yoldaşının xəsarəti yüngül olduğu üçün xəstəxanaya müraciət etməyib.

Faktla bağlı araşdırma aparılır.


Paylaş:


Müəllif : Tarix:
13-02-2020, 09:35
  


loading...
Загрузка...