reklam
» » Sabunçuda təcili yardım avtomobili qəzaya düşdü, tibb işçiləri xəsarət aldı - Foto

reklam

Sabunçuda təcili yardım avtomobili qəzaya düşdü, tibb işçiləri xəsarət aldı - Foto


Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Sabunçu-Zabrat yolunda qeydə alınıb.
9 saylı Təcili Yardım Stansiyasının təcili təxirəsalınmaz tibbi yardım xidmətinin avtomobili çağırışdan geri dönərkən  “Hyundai” markalı avtomobillə toqquşub. 
Qəza nəticəsində tibb bacısı, sürücü və feldşer xəsarət alıb. "Hyundai" markalı avtomobildə olan xanım sərnişin də yaralanıb.
Yaralılar 1 saylı şəhər xəstəxanasına yerləşdiriliblər.
Əraziyə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Hər iki sürücü Sərxoşluğun Təyin Edilməsi Məntəqəsinə aparılıb.
Faktla bağlı araşdırma aparılır. /APA
Sabunçuda təcili yardım avtomobili qəzaya düşdü, tibb işçiləri xəsarət aldı - Foto
Sabunçuda təcili yardım avtomobili qəzaya düşdü, tibb işçiləri xəsarət aldı - Foto





Paylaş:


Müəllif : Tarix:
24-01-2020, 22:36
  


loading...
Загрузка...