reklam
» » Zaqatalada həyat yoldaşını qətlə yetirən şəxş məhkəmə qarşısında

reklam

Zaqatalada həyat yoldaşını qətlə yetirən şəxş məhkəmə qarşısında


Zaqatala rayonunda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Aqşin Qədirovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Oxu.Az xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi Rəşid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası yanvarın 23-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin iyun ayında Zaqatala-Qax avtomobil yolunun Muxax kəndi ərazisindən keçən hissəsində baş verib. Rayonun Suvagil kənd sakini, 1982-ci il təvəllüdlü Büllurə Seyran qızı Qədirova əri Aqşin Qədir oğlu Qədirov tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Ər arvadını bıçaqladıqdan sonra hadisə yerindən qaçıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılan A.Qədirov istintaqa cəlb edilib. Ona Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adamöldürmə) maddəsi ilə ittiham verilib.

A.Qədirov və mərhum B.Qədirovanın evliliyindən üç övladları var. İlkin ehtimala görə, qətl qısqanclıq zəminində törədilib.


Paylaş:


Müəllif : Tarix:
18-01-2020, 14:50
  


loading...
Загрузка...