reklam
» » Azərbaycanda ağır yol qəzası: Ölən və yaralanan var

reklam

Azərbaycanda ağır yol qəzası: Ölən və yaralanan var


Cəlilabadda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Qəza köhnə Ələt-Astara magistralının Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.

"Ford" markalı yük maşını ilə "VAZ 2106" markalı minik avtomobilinin toqquşması nəticəsində bir nəfər hadisə yerində dünyasını dəyişib. Qəza zamanı yaralanan Şəki sakini, 1974-cü il təvəllüdlü Gültəkin Əyyub qızı Bədəlova və Bakı sakini, 1975-ci il təvəllüdlü Yaşar Ərəb oğlu Tahirov təcili tibbi yardım maşınlarının köməyilə daha yaxın olan Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Ölən şəxsin kimliyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır. /APA


Paylaş:


Müəllif : Tarix:
15-01-2020, 21:15
  


loading...
Загрузка...