reklam
» » Bakıda oğul ana və bacısını qətlə yetirib Rusiyaya qaçdı

reklam

Bakıda oğul ana və bacısını qətlə yetirib Rusiyaya qaçdı


Bakıdakı dəhşətli qətlin təfərrüatı bəlli olub.

RegionXeberleri.com xəbər verir ki, Axar.az-ın yazdığına görə, paytaxtın Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi 49A ünvanındakı “Uğur-2” yaşayış kompleksindəki mənzildə baş verən qətllə bağlı bəzi məlumatlar üzə çıxıb.

Belə ki, kirayə mənzildə yaşayan ana və gənc qızı öldürən şəxsin kimliyi artıq məlumdur. Məlumata görə, adı və soyadı açıqlanmayan qatil Fatma Həmzəyevanın oğlu imiş.

Həmin şəxsin ölkədən qaçdığı və Rusiyaya getdiyi barədə xəbərlər dolaşır. Ölən gənc qız Bakıxanovdakı marketlərin birində satıcı işləyirmiş.

Onların uzun müddətdir ki, bu kompleksdə kirayədə yaşadıqları bildirilir.

Qətlin səbəbi bilinmir.


Paylaş:


Müəllif : Tarix:
14-12-2019, 12:03
  


loading...
Загрузка...