reklam
» » Bərdədə evdə partlayış olub, 1 nəfər xəsarət alıb

reklam

Bərdədə evdə partlayış olub, 1 nəfər xəsarət alıb



Bərdə rayonunun Güloğlular kəndində ümumi sahəsi 286 m² olan ikimərtəbəli evin 1-ci mərtəbəsində sahəsi 52 m² olan otaqda quraşdırılan yanacaq sobasında yanğınla nəticələnən partlama baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) "Report"a verilən məlumata görə, yanğın nəticəsində ətrafa dağılan yanacaq və otağın tavanı qismən yanıb.

Hadisə zamanı 1 nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Paylaş:


Müəllif : Tarix:
11-12-2019, 14:39
  


loading...
Загрузка...