reklam
» » Yevlaxda xəstəxanada yanğın olub, xəstələr təxliyə edildi

reklam

Yevlaxda xəstəxanada yanğın olub, xəstələr təxliyə edildi


Yevlax şəhər Mərkəzi Xəstəxanasında yanğın olub.

FHN-dən verilən məlumata görə, xəstəxananın yerləşdiyi dördmərtəbəli binanın üçüncü mərtəbəsində şaxtadan keçən elektrik kabelləri 3 p.m yanıb. Yüksək temperaturdan 3-cü mərtəbənin tavanı 5 m² sahədə əriyib.

Yanğın zamanı 8 nəfər xəstə yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Paylaş:


Müəllif : Tarix:
11-12-2019, 11:44
  


loading...
Загрузка...