reklam
» » Rusiyada avtomobil oğurlayan azərbaycanlı tutuldu

reklam

Rusiyada avtomobil oğurlayan azərbaycanlı tutuldu



Rusiyanın Leninski rayonu, Saratov şəhərində polisə oğurluqla başlı şikayət daxil olub.

Oxu.Az-ın xəbərinə görə, 34 yaşlı şəxs polis idarəsinə müraciət edərək, ona məxsus “VAZ-21” markalı avtomobilinin oğurlandığını deyib.

Zərərçəkən avtomobildə 20 litr benzin olduğunu da nəzərə alaraq, dəyən zərəri 50 min rubl (1335 AZN) hesablayıb.

Qaçırılan avtomobil bir neçə saat sonra Nijni-Novqorod-Saratov şosesinin 598-ci kilometrliyində tapılıb.

Daha sonra avtomobili qaçıran 29 yaşlı Azərbaycan vətəndaşı polislər tərəfindən bölməyə gətirilib.

Hadisə ilə bağlı cinayət işi açılıb.


Paylaş:


Müəllif : Tarix:
10-12-2019, 10:21
  


loading...
Загрузка...