reklam
» » “EuroHome”dakı yanğında 2 nəfər tüstüdən zəhərlənib - YENİLƏNİB

reklam

“EuroHome”dakı yanğında 2 nəfər tüstüdən zəhərlənib - YENİLƏNİB


Səhiyyə Nazirliyi Bakı şəhərinin Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində baş verən yanğınla bağlı yeni məlumat yayıb.

Nazirlikdən “Report”a verilən məlumata görə, tikinti materialları bazarında baş verən yanğınla əlaqədar hadisə yerinə artıq 5 briqada cəlb olunub.

Saat 09:50-yə olan məlumata görə, 2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib.

*** 09:23

Səhiyyə Nazirliyi Bakı şəhərinin Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində baş verən yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən “Report”a verilən məlumata görə, Ekologiya postu kimi tanınan ərazidə tikinti materialları bazarına çağırış saat 08:18-də daxil olub.

Hadisə yerinə 4 Təcili Tibbi Yardım briqadası yollanıb. Saat 09:15 üçün Təcili Tibbi yardım briqadalarına bir sahibkar müraciət edib. Ona yerində yardım göstərilib.


Paylaş:


Müəllif : Tarix:
10-12-2019, 10:17
  


loading...
Загрузка...