reklam
» » Ağstafada ruhi xəstə itkin düşüb

reklam

Ağstafada ruhi xəstə itkin düşüb

Ağstafa rayonunda 48 yaşlı ruhi xəstə itkin düşüb.

Regionxeberleri.com-un "Report"a istinadən xəbərinə görə, hadisə dekabrın 7-də rayonun M.Ə.Rəsulzadə küçəsi, ev 6 ünvanında baş verib.

Belə ki, rayon sakini, Qazax rayonlararası ruhi xəstəxanasında qeydiyyatda olan 1971-ci il təvəllüdlü Zoya Məmmədova yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Daha sonra onun yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Faktla bağlı Ağstafa Rayon Polis Şöbəsində araşdırma aparılır.


Paylaş:


Müəllif : Tarix:
10-12-2019, 10:04
  


loading...
Загрузка...