reklam
» » Kim yalan danışır: - Deputat, yoxsa nazirlik?

reklam

Kim yalan danışır: - Deputat, yoxsa nazirlik?


Azərbaycan Respublikası Milli Məclisin Qarabağdan seçilmiş deputatı, yazıçı-jurnalist Aqil Abbas rayon və şəhərlərdə zərdab tapılmaması problemindən danışıb:

“Tovuzda bir xanımı ilan sancır, amma rayonda ilana qarşı zərdab tapılmır. Gətirirlər Gəncəyə, Gəncədə də zərdab tapılmır. Üz tuturlar Mingəçevirə və xanım yolda həyatını itirir. Bu zərdab nədir ki, Tovuzda, eləcə də Gəncə kimi böyük şəhərdə tapılmır. Səhiyyə Nazirliyi bu zərdabı neyləyir? Özləri üçün saxlayırlar?!

Yenə rayonların birində bir qadını quduz it tutur. Rayonda buna qarşı vaksin tapılmır. Onu da gərək ki, Mingəçevirə gətirmək istəyiblər, ya da Gəncəyə, orada da çarə tapılmır, Bakıya gətirəsi olurlar, yolda ölür”.

Məsələyə münasibət bildirən Səhiyyə Nazirliyinin əməkdaşı Elvin Hacıyev Cebhe.info-ya açıqlamasında deyib ki, Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi ilin əvvəlində, hər birində 5 ədəd olmaqla, ümumilikdə 15 min qutu quduzluq əleyhinə vaksin sifariş edib:

“Hazırda 4 min qutu xəstəxanalara paylanılıb. Ehtiyatda 11 min qutu quduzluq əleyhinə vaksin var. Bu yerdə onu da qeyd edək ki, ehtiyac olarsa, əlavə olaraq lazımi qədər zərdab sifariş ediləcək. İlan sancmalarına qarşı olan zərdab (Gürzə əleyhinə zərdab) isə ötən ildən 90 ədəd qalıq var. Əlavə olaraq daha 450 ədəd sifariş olunub. Dərmanlar Fransadan və Özbəkistan gətirilir.

Zərdab və vaksinlərin apteklərdə satılmır. Bu dərmanlardan istifadə həkim nəzarəti altında olmalıdır. Sifariş olunan zərdab və vaksinlər, Ümumdünya Səhiyyə Təşkilatının sertifikasiyasından keçmiş müəssisələrdən alınır. Rayonlara zərdab göndərilərkən coğrafi şərait, ərazi nəzərə alınır. Yəni hansı regionda ilanın müxtəlif növləri çox olursa, zərdab ora daha çox göndərilir. Bildirək ki, zərdablar və vaksinlər dövlət büdcəsi hesabına təmin olunur. Zərdab Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi tərəfindən xarici ölkələrdən gətirilir və regionlara paylanılır. Heç bir rayonda zərdab və vaksinlərlə bağlı problem yoxdur.

Bakıda 17, bölgələrdə 64 tibb müəssisəsi zərdab və vaksinlərlə Səhiyyə Nazirliyi tərəfindən təmin edilir. Əgər bununla bağlı hər hansı şikayət varsa, bizə müraciət olunsun, aydınlaşdıraq. Elə bir tibb müəssisəsi yoxdur ki, ora zərdab və vaksinlər göndərilməsin. Ola bilsin ki, xəstə vaxtında həkimə müraciət etmir. Amma müraciət olunduğu halda xəstəyə dərhal zərdab vurulur”.


Paylaş:


Müəllif : Tarix:
25-07-2019, 10:53
  


loading...
Загрузка...