reklam
Regionxeberleri.com » Gündəm » Əlillik ala bilməyən qazi intihara cəhd etdi - Foto

reklam

Əlillik ala bilməyən qazi intihara cəhd etdi - Foto
















Vətən müharibəsində yaralanan qazi Qadir Habil oğlu Cəfərov Respublika Əllilərin Bərpa Mərkəzində qollarını kəsərək intihara cəhd edib. 

“Qafqazinfo”ya danışan Qadir Cəfərov bildirib ki, bunu ona əlillik təyinatının verilmədiyi üçün edib.

Onun sözlərinə görə, aprelin 24-də bununla bağlı mərkəzə müraciət edib və ona bildiriş verilib. 25 yaşlı qazi ötən gün təyinatını almaq üçün yenidən mərkəzə üz tutanda isə bildirilib ki, adı sistemdə yoxdur: “Vətən müharibəsi zamanı Füzuli, Topxana və Cəbrayılda vuruşmuşam. Düz iki dəfə yaralanmışam. Birinci dəfə ayaqlarımdan yaralanmışam. İkinci dəfə isə kəllə-beyin travması almışam. Gözlərim zəif görür, sağ qulağım zəif eşidir. 4 dişimi də əməliyyatla çıxarıblar. İndi də ağrılardan yaşaya bilmirəm. Qəlpə yaraları bədənimə zəhərlənmə verib. Dünən də getdim Əlillərin Bərpası Mərkəzinə ki, əlillik təyinatımı alım. Mənə dedilər ki, adım sistemdə yoxdur. Bunu eşidəndən sonra mən də qollarımı kəsdim. Hazırda qollarıma 9 tikiş qoyulub”.

Qadir Cəfərov iddia edir ki, hadisədən sonra ona əlillik təyinatının veriləcəyi deyilib: “Özüm Ağcabədi rayonundanam. İndi isə Bakıda kirayədə yaşayıram. Mənə də deyirlər ki, may ayının 20-nə qədər gözlə. İşim yox, evim yox, necə gözləyim?”
















Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə sorğu ünvanladıq. Agentliyin mətbuat  katibi Tural Qurbanov “Qafqazinfo”nun müraciətinə cavab olaraq bildirib ki, Q.Cəfərovun hazırkı sağlamlıq vəziyyəti ona əlillik təyin edilməsinə əsas vermir: “Digər müharibə iştirakçıları kimi, Ağcabədi rayon sakini Cəfərov Qadir Habil oğluna da Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində xüsusi diqqət və həssaslıqla yanaşılıb. Onun əliliyinin qiymətləndirilməsi də Agentlik tərəfindən qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılıb.

Q.Cəfərov mayın 4-də Agentlikdə əyani müayinə edilib. Müəyyən olunub ki, Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən Q.Cəfərova dair təqdim edilən şəhadətnamədə əksini tapan diaqnoz, eləcə də Q.Cəfərovun hazırkı sağlamlıq vəziyyəti ona əlillik təyin edilməsinə əsas vermir. Ona görə də əlillik təyin edilməsindən imtina qərarı verilib”.

Tural Qurbanov intihara cəhd etmiş qaziyə hər hansı güzəşt edilməsi məsələsinə belə münasibət bildirib: “Q.Cəfərov dünən, mayın 11-də yenidən Agentliyə gələrək verilmiş qərarı dəyişmək məqsədilə təhdidedici hərəkətlər edib, sonra da özünə xəsarət yetirməklə komissiyaya təzyiq göstərməyə çalışıb.

Belə cəhdlərlə qurumu qeyri-qanuni qərar çıxarmağa təhrik etmək, sağlamlıq vəziyyətində əlillik əlaməti olmayan şəxsə əlillik dərəcəsi təyin edilməsi mümkün deyil”.





Paylaş:


Müəllif : Tarix:
12-05-2022, 12:42
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər