reklam
Regionxeberleri.com » Gündəm » Gənclər idarəsinin “gənc” şirkətlərlə “böyük” sövdələşməsi... - TƏFƏRRÜAT

reklam

Gənclər idarəsinin “gənc” şirkətlərlə “böyük” sövdələşməsi... - TƏFƏRRÜAT













Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən keçirilən tender müsabiqələrinin (Kotirovka sorğusu) qalibləri məlum olub.
Açıqlanan rəsmi məlumatlarda bildirir ki, tender müsabiqəsinin qalibləri “Satur-Day 2021” MMC (VÖEN- 2007039471) və “Peyk-Az 2021” MMC (VÖEN- 1904819211) olub.

“Satur-Day 2021” MMC Gənclər və İdman Baş İdarəsinə 29 min 895 manat dəyərində “butsi” (futbol ayaqqabısı), “Peyk-Az 2021” MMC isə 21 min 344 manat dəyərində “kimono” (karate) satacaq.

Tender müsabiqəsində diqqət çəkən məqamlardan biri odur ki, hər iki şirkət yeni yaranıb.

- Gənclər və İdman Baş İdarəsi “butsi” alışı ilə bağlı tender müsabiqəsini 18.11.2021-ci il tarixində elan edib. Qalib şirkət olan “Satur-Day 2021” MMC isə bundan cəmi 23 gün əvvəl - 25.10.2021-ci il tarixində dövlət qeydiyyatına alınıb.

- Gənclər və İdman Baş İdarəsi “kimono” alışı ilə bağlı tender müsabiqəsini 19.10.2021-ci il tarixində elan edib. Qalib şirkət olan “Peyk-Az 2021” MMC isə bundan təxminən 2 ay əvvəl - 09.08.2021-ci il tarixində dövlət qeydiyyatına alınıb.

Məlumat üçün bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır.

Cəmi 23 gün əvvəl yaranan şirkətlərin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.

Müsabiqə ilə bağlı diqqət çəkən məqamlardan digəri isə qalib şirkətlərin dövlət qeydiyyatına alındığı ünvanlarda yaxın tarixlərdə onlarla şirkətin qeydiyyata alınmasıdır. Bu şirkətlərin bir-çoxunun qanuni təmsilçiləri də eyni şəxslər olub.

Onu da qeyd edək ki, bu şirkətləri birləşdirən təkcə onların eyni ünvanda qeydiyyatda olması deyil. Şirkət adlarındakı bənzərlik də bu şirkətlərin bir-birilə hansısa əlaqələrinin olduğunu göstərir.

“Peyk-Az 2021” MMC ilə birgə “Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində” qeydə alınan şirkətlərin bəziləri bunlar olub:

“Satur-Day 2021” MMC ilə birgə “Xətai rayonu, Babək pr, ev 78, m. 32” ünvanında qeydə alınan şirkətlərin bəziləri bunlar olub:

A. Cəfərov



Paylaş:


Müəllif : Tarix:
20-01-2022, 15:31
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər