reklam
Regionxeberleri.com » Gündəm » Rafil Hüseynov öz başının HAYINDADIR... - İDDİA

reklam

Rafil Hüseynov öz başının HAYINDADIR... - İDDİA












Deməli, cavan vaxtlarında Rafil Gülgəzli təxəllüsü ilə tartan-partan şeirlər yazan Rafil Hüseynov Bərdə rayonunda “Kommunizm yolu” rayon qəzetinin redaksiyasında korrektor vəzifəsində çalışdığı illərdə xəyallara dalırmış ki, kaş mən də nə vaxtsa müxbir, redaktor vəzifəsində işləyə biləydim.

Deməli, bütün günü rayon qəzetində HƏRF səhvləri axtaran Rafil Hüeynovun ağlına haradan gələ bilərdi ki, nə vaxtsa icra başçısı olacaq.

Amma, lətifəsi Rafil Hüseynovdan uzaq olsun, atalar deyir ki, köç geri qayıdanda AXSAQ qabağa düşər.

Bəli, “ASXİ”nin baytarlıq fakültəsini bitirən Rafil Hüseynov rayon qəzetinə vida deyir və Bərdə komsomolunda işə düzəlir.

Sonra hansı yollasa, Bərdə komsomolunun 1-ci katibi olur.

Rafil Hüseynov həmişə dostlarına deyirmiş ki, elə bil yuxu görürəm, mən hara komsomolun 1-ci katibi hara, mənim ən böyük arzum korrektor, redaktor olmaq idi.

Nə isə, KÖÇ BİR DƏ GERİ QAYIDANDA, Rafil Hüseynov hətta “rayispolkom”da işləyir, orada “xozotdel”, yəni binada sabun-aftafa məsələsinə, təsərrüfat işlərinə baxır.

Beləcə, Rafil Hüseynov ucala-ucala gəlir olur Bərdə rayonu Dövlət Vergi İnspeksiyasının rəisi. Sonra olur, Bərdədə icra başçısının 1-ci müavini.

Sonra Bərdədən gəlir Bakıda Kənd Təsərrüfatı Nazirliyinin Baş aqrar islahatlar idarəsində şöbə rəisi olur.

Daha sonra Rafil Hüseynov Prezident Aparatında sektor müdiri olur.

Lap sonra, 2012-ci ildə Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilir.

Həmin gündən Masallının qara günləri başlayır.

Nə isə, Rafil Hüseynovun Masallıda ilk işi “goreşənlik” olur.

Belə ki, köhnə qəbristanlığı buldozerə verərək ərazini metr-metr satır.

Sonra nələr olur, bunu Masallı camaatı yaxşı bilir.

Deməli, Rafil Hüseynov Masallıda məşhur falçının yanına gedərək cibinə xeyli pul basandan sonra soruşub ki, mənim axırım nə olacaq ?

Məşhir falçı xeyli “çorta” gedir və deyir ki, sən daha varlı rayona, Ağcabədiyə icra başçısı gedəcəksən.

Falçının köməkçisi danışırmış ki, Rafil müəllim otaqda xeyli qol götürüb oynadı və cibində bir qom dollar çıxarıb falçıya verdi və soruşdu ki, bəs mənim LAP AXIRIM nə olacaq ?

Falçı xeyli dərin mediasiyadan sonra dedi ki, İrafil müəllim, sən “Gündəlik Bakı” qəzetində korrektor köməkçisi olacaqsan...

Həmin vaxtdan bir müddət keçib.

Rafil Hüseynov xeyli vaxtdır ki, Ağcabədi camaatına zülm edir.

Bəli, sözün həqiqi mənasında zülm edir.

Təsəvvür edin ki, Rafil Hüseynov rayondakı uşaq bağçalarında, məktəblərdə öz test sistemini tətbiq edir, özündən sorğu-sual düzəldir, qadın müəllimələri sınağa çəkir, onları işdən qovur, nəyinsə müqabilində onların yerlərinə başqalarını götürür...

Bir sözlə, Rafil Hüseynov rayonda 300 ailəni başsız, çörəksiz qoyub.

Amma indi koronavirus 15 gündür ki, yapışıb Rafilin xirtdəyindən ki, 300 ailəni, başsız qadınları niyə o günə qoydun?

Rafil koronavirusa yalvarır ki, yaxamı burax...

Biz hamıya şəfa diləyirik, heç kim xəstəlikdən əziyyət çəkməsin.

Amma o vaxt falçı Günədlik Bakı barəsində Rafil Hüseynova nə deyibsə...

...O gün Rafil Hüseynov pul yığanlarına deyib ki, “MERO”nun yanında, “Soyuducular” deyilən yerə getməyin, ora Gündəlik-Bakının baş redaktoru Habil Vəliyevin nəzarətindədir...

Ayy Rafil qağa, artıq gecdir, bir ay gecikmisən, biz orada çoxdan olmuşuq, hər şeyi də gözəl bilirik...

Və bir gün dövlət qapını döyərək orada gördüklərimizlə bağlı suallara səndən cavab istəyəcək. Hazır ol.

Bir də ay Rafil qağa, demisən ki, Azərbaycan Nəşriyyatında direktor olacaqsan.

Vallah oranın iyisi sənin başına düşər.

Həm də kimdir səni Nəşriyyata direktor qoyan...

Axı, sənə Masallıda falçı demişdi ki, son yerin Gündəlik- Bakı olacaq...

Düzdür, korrektor yeri boş deyil, amma səni ictimai əsaslarla, korrektor köməkçisi götürə bilərik... //gundelik-baku.com//




Paylaş:


Müəllif : Tarix:
4-12-2021, 09:22
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər