reklam
Regionxeberleri.com » Gündəm » Rafil Hüseynovdan ŞOK ÖZBAŞINALIQ... - Şəhidlər Xiyabanını HƏRRACA ÇIXARIB...

reklam

Rafil Hüseynovdan ŞOK ÖZBAŞINALIQ... - Şəhidlər Xiyabanını HƏRRACA ÇIXARIB...


Noyabr ayının 19-da Ağcabədi rayonunun Muğanlı kəndində şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün tikilən “Qəhrəmanlar Məkanı”nın açılışı olmuşdur. Tədbir iştirakçıları əvvəlcə abidə önünə tər çiçəklər düzmüş, şəhidlərin xatirəsini ehtiramla yad etmişlər. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsindən sonra açıq elan olunan tədbirdə Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini, YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov çıxış edərək demişdir ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, peşəkar ordumuzun cəsurluğu, Azərbaycan xalqının sarsılmaz iradəsi hesabına uzun illərdən bəri həsrətində olduğumuz Qələbə təntənəsini qeyd etdik. Tədbirdə Ağcabədi rayonundan, eləcə də Ağdam, Tərtər və Beyləqan rayonlardan dəvət edilmiş şəhid ailələrinin üzvləri, qazilər də iştirak və çıxış etmişlər. Sonra məktəblilərin ifasında unudulmaz şəhidlərə,onların qəhrəmanlığına həsr edilmiş şerlər səsləndirilmiş, vətənpərvəlik ruhunda mahnılar ifa olunmuşdur. Yekunda Zəfərimizin əldə edilməsi münasibətilə qurban kəsilmişdir.

Qeyd olunan rəsmi tədbirdən belə yəqin hasil olur ki, Ağcabədi rayonunda İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov şəhidlərin xatirəsinin əziz tutulması, şəhid ailələrinə qayğı müstəvisində əlindən gələni əsirgəmir. Ancaq bu günlərdə aldığımız məlumat rayon rəhbərliyinin bu siyasətə heç də həmişə sadiq qalmadığını göstərir. Dəryaz qəzetinin redaksiyasına müraciət edən Acabədi şəhər sakini bildirib ki, şəhərin Üzeyir Hacıbəyli prospektində yol kənarında yerləşən başqa bir “qəhrəmanlar Məkanının” – Şəhidlər Xiyabanının ərazisində qanunsuz tikinti işləri gedir. Şəhidlər Xiyabanının prospektə tərəf olan kənarı bir müddət əvvələ qədər dəmir torla hörülü idi. Sonra rayon rəhbərliyi məftil toru sökdürdü, Xiyabana aid olan ərazinin bir hissəsini kənarda saxlayaraq daş hasar hördürdü. Sən demə, bu, məqsədli şəkildə edilibmiş. 22 noyabr 2021-ci il tarixdə orada tikinti işinə başlanılması müşahidə olundu. Ayın 23-nə keçən gecə eni təxminən 3, uzunu 18 metr olan təyinatı naməlum obyektin bünövrəsi qoyuldu. Biz qonşu sakinlər dərhal Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə zəng edib məlumat verdik. Ardından bir neçə sakinin imzası ilə Rayon İcra Hakimiyyətinə yazılı müraciət edib rayon rəhbərliyinin diqqətini bu məsələyə yönəltməyə çalışdıq. Tikinti işlərinin dayandırılması üçün təcili və təxirəsalınmaz tədbirlərin görülməsinin vacibliyini bildirdik. Ərizəmiz qeydə alınıb, bizə şifahi bildiriblər ki, hadisədən xəbərləri yoxdur, məsələ araşdırılacaq”.

Məlumatı verən Ağcabədi sakini 24 noyabr 2021-ci il tarixdə səhər saat 7:30-da qeydə alınmış videogörüntüləri, fotoşəkilləri də redaksiyamıza göndərib. Şəkillərdən görünür ki, tikinti işini aparan şəxslər sement kisələrini etibarlı qorunmasını təmin etmək üçün onları Xiyabanın daş hasarının içəri tərəfinə qoyublar. Vətəndaş deyir ki, hasarın darvazası bağlı olur, yalnız rəsmi şəxslər onu aça bilərlər: “Amma belə görünür ki, obyekti tikdirən adama xüsusi imtiyaz verilib və hətta Xiyabanın darvazasının açarı da etibar olunub”.

Ərazinin kimə verilməsi ilə bağlı sualımıza vətəndaş konkret cavab verə bilmədiyini dedi: “Müxtəlif adlar çəkilir. Təəssübkeş insanları yanıltmaq üçün kimin istəsələr adını hallandıra bilərlər. Artıq məsələdən xəbəri olan aidiyyəti qurumlar elə bil vaxt udmağa çalışırlar ki, həmin o “imtiyazlı” şəxs tələsik tikintini başa çatdırıb üstünü bağlasın. Sonra da sökülməsi məsələsinin yalnız məhkəmə müstəvisində həll oluna biləcəyini arqument gətirsinlər. Praktikada belə hallara çox rast gəlinib”.Bilmirik, bəlkə də Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Qarabağ probleminin başa çatdığı, Ağcabədi rayonunun şəhid verməyəcəyi qənaətinə gəlib və düşünür ki, daha Şəhidlər Xiyabanına əlavə məzar salınmayacaq. Nə deyək, pozitiv fikirdir. Amma o, bir rayon rəhbəri kimi haranı satırsa, qoy bütün prosedurları qanuni şəkildə, rəsmi imzaladığı sərəncamla həyata keçirsin.

P.S. Aldığımız məlumata görə bu tikinti İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Əhmədova məxsusdur.

23.11.2021- ci il tarixdə bu məsələ ilə bağlı icra başçısı cənab Rafil Hüseynovu məlumatlandırıb həmin videoları cənab başçıya təqdim etsək də bu günə qədər görülən hər hansı tədbirlə bağlı redaksiyamızı məlumatlandırmayıblar.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq

Deryaz.az




Paylaş:


Müəllif : Tarix:
25-11-2021, 12:00
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər