reklam
Regionxeberleri.com » Gündəm » “21 yaşım var, cibimdə 1 manat da pulum yoxdur” - Əlillik ala bilməyən qazi HARAY ÇƏKDİ

reklam

“21 yaşım var, cibimdə 1 manat da pulum yoxdur” - Əlillik ala bilməyən qazi HARAY ÇƏKDİ



Vətən Müharibəsi qazisi Tağızadə Elməddin Ceyhun oğlunun video müraciəti yayılıb.
Yeniavaz.com xəbər verir ki, qazi E. Tağızadə Bərdə rayon Məmmədli kəndinə yaşayır.
“Döyüşlərdə olarkən yaralanmışam, 4 qəlpə yarası almışam. Qamış sümüyüm qırılıb, ayağımda mil var. “Papanin” (Silahlı Qüvvələrin Baş Klinik Hospitalı) 1 ildir mənə vaxt qoyub. Mənim bütün sənədlərimi yararsız yazıblar. Dəfələrlə komissiyada olmuşam. Mənə əlillik dərəcəsi təyin etmədilər. Mən buradan Əmək və Əhalinin Sosial Müdafiəsi nazirindən xahiş edirəm ki, məni bir daha əlilliklə bağlı komissiyadan keçirəsiniz, yenidən yoxlanış olsun. Xahiş edirəm mənə əlillik dərəcəsi verilsin. Əgər mənə əlillik, pensiya düşmürsə, sizdən başqa heç nə istəmirəm, mənim sağlamlığımı geri qaytarın, mən də gedim işləyim. 21 yaşım var, cibimdə 1 manat da pulum yoxdur. Atam traktorçudur, fəhlədir. Vəziyyətimiz pisdir”, - qazi Elməddin Tağızadə bildirib.
Qeyd edək ki, Elməddin Tağızadə Prezident İlham Əliyevin Sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.



Paylaş:


Müəllif : Tarix:
19-10-2021, 17:41
Sikayət   


loading...
Загрузка...