reklam
Regionxeberleri.com » Gündəm » Vətən Müharibəsi şəhidi mayor Elnur Hacıyevin anım mərasimi keçirilib - FOTO

reklam

Vətən Müharibəsi şəhidi mayor Elnur Hacıyevin anım mərasimi keçirilib - FOTO


Ucar rayonunda Vətən Müharibəsi şəhidi mayor Elnur Yaqub oğlu Hacıyevin anım mərasimi keçirilib.
Tədbirdə şəhidin ailə üzvləri, rayon rəsmiləri, millət vəkili Ramil Həsən və ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhidimizin ruhuna dualar oxunub, məzarı üzərinə əklil və tər güllər düzülüb.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Elnur Hacıyev 12 iyun 1979-cu ildə Ucar şəhərində anadan olub.1986-1996-cı illərdə Ucar şəhərində 5 nömrəli tam orta məktəbdə təhsil alıb. 1997-2002-ci illərdə isə Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində ali hərbi təhsil alıb.
Elnur Hacıyev 2002-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmə edirdi. O, 2002-2006-cı illərdə Qobustan rayonunda yerləşən "N" saylı hərbi hissədə, 2006-2011-ci illərdə Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissədə, 2011-2015-ci illərdə Ağdam rayonunda yerləşən "N" saylı hərbi hissədə, 2015-2019-cu illərdə Gədəbəy rayonunda yerləşən "N" saylı hərbi hissədə, 2019-cu ildən isə Ağstafa rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edirdi.
Elnur Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. 17 oktyabrda Füzuli döyüşləri zamanı şəhid olub. Ucar şəhər Şəhidlər Xiyabanında dəfn olunub.Ailəli idi. Bir qızı yadigar qaldı.

Allah rəhmət eləsin.

Fuad Hüseynov RegionXəbərləri.com

















Paylaş:


Müəllif : Tarix:
18-10-2021, 14:22
Sikayət   


loading...
Загрузка...