reklam
Regionxeberleri.com » Gündəm » Vətən Müharibəsi şəhidi Vüqar Ələkbərovun  anım günü qeyd olunub – FOTO

reklam

Vətən Müharibəsi şəhidi Vüqar Ələkbərovun  anım günü qeyd olunub – FOTO


Oktyrabrın 15-də şəhid Ələkbərov Vüqar Telman oğlunun anım günü ilə əlaqədar  tədbir keçirilib. 
Tədbirdə Ucar rayon İcra Hakimiyyətinin, rayon ictimaiyyətinin nümayəndələri, döyüş yoldaşları, ailə üzvləri və qohumlatı iştirak edib. 
Şəhidin  məzarı ziyarət edilib, ruhuna dualar oxunub, məzarı üzərinə əklil və tər güllər düzülüb.
 
Vüqar Telman oğlu Ələkbərov 16 noyabr 1994-cü il tarixdə Ucar rayonunun Qazyan kəndində anadan olub,
2001-2010-cu illərdə Qazyan kənd 2 nömrəli tam orta məktəbində təhsil alıb. 2010-2014-cü illərdə isə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində "Avtomobilin təmiri və servisi" üzrə təhsil alıb.
Vüqar Ələkbərov 2014-cü ilin iyul ayında Ucar Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırıldı. 2014-2016-cı illərdə Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının "N" saylı hərbi hissəsində xidmət elədi. Hərbi xidməti zamanı fərqləndiyinə görə "baş əsgər" hərbi rütbəsi aldı.
Hərbi xidmətini başa vurduğdan sonra Vüqar Ələkbərov 2016-cı ilin yanvarından Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bərdə rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmətə başladı. 2017-ci ilin yanvar ayında Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsində (XTD) xidmətini davam elədi. Həmin ilin fevral ayında isə xidmətini Daxili Qoşunlarının Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissəsində davam elədi. 2017-ci il mayın 29-da nümunəvi xidmətinə görə "kiçik gizir" hərbi rütbəsi alaraq İriçaplı Pulemyot Yarımqrupunun Komandiri vəzifəsinə təyin edildi.
Vüqar Ələkbərov 2018-ci ildə "gizir" hərbi rütbəsi aldı və bir il sonra, 2019-cu ildə Xüsusi Təyinatlı Dəstənin zirehli maşınlar üzrə rəhbəri vəzifəsinə təyin edildi.
Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının giziri olan Vüqar Ələkbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağı istiqamətində gedən döyüşlərdə, həmçinin Cəbrayılın, Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Füzuli istiqamətində strateji əhəmiyyətə sahib olan mövqelərin azad edilməsində, o cümlədən Ermənistan Ordusunun canlı qüvvəsinin məhv edilməsində fərqlənib. Vüqar Ələkbərov oktyabrın 12-də Füzuli döyüşləri zamanı şəhid olub. 15 oktyabrda Ucar rayonunun Qazyan kəndində dəfn olunub.
Allah rəhmət eləsin.

RegionXəbərləri.com 










Paylaş:


Müəllif : Tarix:
15-10-2021, 22:02
Sikayət   


loading...
Загрузка...