reklam
» » Arzu Rəhimovun Göyçaydakı adamına qarşı 3000 manatlıq rüşvət ittihamı - ŞİKAYƏT

reklam

Arzu Rəhimovun Göyçaydakı adamına qarşı 3000 manatlıq rüşvət ittihamı - ŞİKAYƏT



RegionXəbərləri.com-a Göyçay şəhər Nizami küçəsi bina 135 ev 46 ünvanında yaşayan Kərimova Lamiyə Nəsir qızı tərəfindən şikayət ərizəsi daxil olub. Narazı vətəndaş müraciətində bildirir ki:
 
"Bildirmək istəyirəm ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsinin rəisi Famil Əliyev bizimlə ədavət aparır.Ədavətin səbəbi isə bir müddət öncə böyük oğlum İsmayılov Gümrah Arif oğlunun hərbi xidmətə çağırışı zamanı baş vermişdi.Belə ki, oğlum hərbi xidmətə yararsız olduğu halda, bilərəkdən onu Bakıda həkimlərin əli ilə sağlam etmək istəyirdilər. Lakin 13 yaşından oğlum, həkimlərin nəzarəti altında olub və onların rəyləri əsasında, hərbi-həkim komissiyasının rəyi ilə hərbi xidmətə yararsız sayılıb. Lakin bu yuxarıda adı çəkilən Famil Əliyev o vaxtdan, mənə bildirdi ki, 2-ci oğlumun hərbi xidmətə çağırışı zamanı mütləq bu hadisəni mənə xatırladacaq. Çünki, o zaman onun məndən tələb etdiyi 3 000 (üç min) azn rüşvəti ona təqdim etməmişdim.

Hal-hazırda 2003-cü il təvəllüdlü kiçik oğlum İsmayılzadə Əmrah Arif oğlu 01.10.21 tarixində hərbi xidmətə çağrılıb. Lakin oğlumda azacıq qozbellik və hər iki ayağının hərbi-həkim ekspertiza haqqında əsanamənin Maddə 68 Yastıayaqlılıq və ayağın digər deformasiyaları. b) funksiyaların mülayim dərəcədə pozulması ilə bəndinə aid deformasiya olub. Bu diaqnoz haqda bizə Bakıda Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının həkimi də məlumat verib. Belə ki, həkim bildirib ki, Əmrah İsmayılzadə hərbi xidmətə yararsızdır.

Famil Əliyevdən oğlumun məhz Bakı şəhərində yerləşən, istənilən xəstəxanaya göndərilməsini xahiş etsəm də, yenə etiraz etdi. Avqustun sonlarında oğlum komissiyaya çağrılıb, həmin gün çağrışçıların 7 nəfərini Gəncə şəhərinə göndəriblər, yalnız mənim oğlum Həkim müayinəsindən Göyçay şəhərində keçib, amma onu Famil Əliyevin işçisi əvvəlcədən içəri daxil olmağa imkan verməyib və ozü əvvəlcədən həkimlə sövdələşib.
Biz Famil Əliyevə xəbərdarlıq etdik ki, aidiyyatı sturukturlara şikayət ünvanlayacayıq. O,isə cavabında bildirib ki,kimə şikayət etsəndə İsmayılzadə Əmrahı heç bir tibbi müayinəyə göndərməyəcəm.
Başda prezident cənab İlham Əliyev olmaqla aidiyyatı qrumlardan çox xahiş edirəm, mənə və oğluma qarşı edilən qanunsuzluğa görə Famil Əliyevə məsuliyyətə cəlb edəsiniz".

RegionXəbərləri.com 





 


Paylaş:


Müəllif : Tarix:
24-09-2021, 18:13
  


loading...
Загрузка...